...

Azərbaycan Dövlət Neft Şirkəti Qara dəniz limanları ilə dizel yanacağının ixracı üzrə tender elan edib

Energetika Materials 14 Dekabr 2005 14:29 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Poti və Batumi limanları ilə dizel yanacağının satışı üzrə tenderin nəticələrini elan etməyi planlaşdırır. AR DNŞ-dən Trend ə verilın məlumata görə, tender 100 min ton dizel yanacağının satışı üzrə elan edilib.

Şirkət nümayəndəsinin sözlərtnə görə, "Heydər Əliyev adına" NEZ-in (keçmiş Azərneftyanacaq) məhsulu olan neft məhsulu 2006-cı ilin yanvar-iyun aylarında yüklənəcək.

Hazırda AR DNŞ-də AZAL Dövlət Şirkəti tərəfindən aviasiya kerosininə tələbatın artması ilə əlaqədar bu məhsulun satışı üzrə tenderin elan edilməsi nəzərdə tutulmayıb.

Yanvar-noyabr aylarında AR DNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən "Heydər Əliyev adına" NEZ-dən təxminən 410 min ton dizel yanacağı ixrac olunub.

Xəbər lenti

Xəbər lenti