...

Ceyhan terminalında eyni vaxtda 300 min tondan artıq tutumu olan iki tankeri eyni vaxtda yükləmək mümkün oalacaq

Energetika Materials 15 Dekabr 2005 15:43 (UTC +04:00)

BTC Co. Boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinini texniki neftlə doldurulmasını davam etdirir və əsas diqqət neftlə doldurulmazdan əvvəl boru kəmərinin hər bir hissəsinin germetik və təhlükəsizliyini təmin etmək üçün ciddi standartlara müvafiq hidravlik və işəsalma sınaqlarına verilir. BTC Co.-nun operatoru olan VR-nin press-relizində bildirilir ki, hidravlik və işəsalma sınaqları gözlənildiyindən daha ardıcıl olub ki, şirkət onu bütün texniki təhlükəsizlik tələblərinə riayət olunmaqla başa çatdırmaq və boru kəmərinin 40 il və daha uzun öir müddətdə səmərəli istismarını təmin etmək niyyətindədir.

Hazırda boru kəmərində 4 milyon bareldən artıq neft var.

Boru kəmərinin Türkiyə ərazisindəki hissəsinin uzunluğu 1070 km təşkil edir. Ona 4 nasos stansiyası, ik i ölçmə məntəqəsi və Ceyhandakı dəniz ixrac terminalı daxildir.

Hlğazırda Ceyhan terminalındakı tikililərin işəsalma sınaqları aparılır və buna görə də oraya neft Supsa terminalı ilə çatdırılır. İşə salındıqdan sonra Ceyhan terminalı BTC boru kəmərindən nefti qəbul etməyə tam hazır olacaq.

Xəbər lenti

Xəbər lenti