...

Yanvar -noyabrda Barmek tələbatçılara 9535,57 milyon kVt/s elektrik enerjisi verib

Energetika Materials 15 Dekabr 2005 17:52 (UTC +04:00)

Yanvar-noyabrda Barmek Azərbaijan Bakı və Sumqayıtın elektrik şəbəkəsi tələbatçılarına 9535,57 mln kVt/s elektrik enerjisi satıb. Şirkətdən Trend ə verilən məlumata görə, noyabrda tələbatçılara 978,26 mln kVt/s, 102 085 128,3 min manatlıq enerji satılıb. Satılan enerjiyə görə, tələbatçılar elektrik enerjisinin 78,5% və ya 80 172 808,7 min manatlıq dəyəri ödənilib. Əhali kateqoriyasına aid olan abunəçilər isə 23,6% və ya 9 388 233,5 min manat ödəyiblər.

Bakıya elektrik enerjisinin tədarükünün həcmi 75 579 558,6 min manat təşkil edib. Bunun üçün abunəçilər enerjisinin dəyərinin 85,9% -ni, əhali kateqoriyasına daxil olan abunəçilər isə 25,2%-ni ödəyiblər.

"Sumqayıtelektrikşəbəkə"nin abunəçiləri 26 505 569,8 min manatlıq elektrik enerjisindən istifadə ediblər və enerjinin haqqının 57,5% -ni ödəyiblər

Xəbər lenti

Xəbər lenti