...

Gürcüstandan Azərbaycanın enerji sisteminə 2 mln kVt/saatdan çox elektrik enerjisi verilib

Energetika Materials 16 Dekabr 2005 13:30 (UTC +04:00)

Gürcüstandan Azərbaycanın enerji sisteminə 2 mln kVt/saatdan çox elektrik enerjisi verilib. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətində bildirilib.

Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə, bu enerji axınları ötən illərdə olan enerji borclarının ödənməsi hesabına həyata keçirilir.

Gürcüstan elektrik enerjisinin Azərbaycanın enerji sisteminə tədarükü üçün 1-1,2 mln kVt/s enerji verən 330 kV-luq Qardabani EÖX-dən istifadə olunur. İşlər nəzərdə tutulmuş qrafik üzrə davam etdirilsə, onda borcun qaytarılması 2006-cı ilin yanvarında başa çatacaq" -deyə o qeyd edib.

Gürcüstanın Azərbaycana borcu 1992-ci ildən 1994-cü ilədək yığılıb və $17 mln. məbləğində 32,25 mln kVt/s təşkil edir.

Xəbər lenti

Xəbər lenti