...

Modul tipli Astara elektrik stansiyası ayda 75 mln m3 qaz sərf edəcək

Energetika Materials 16 Dekabr 2005 14:45 (UTC +04:00)

Modul tipli Astara elektrik stansiyası ayda 75 mln m3 qaz sərf edəcək. Trend ə bu barədə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu stansiyanın faydalı iş əmsalı 46%-dir. "Məsələn, Mingəçevirdə ən iri stansiya olan "Azərbaycan DRES"də bu rəqəm 30% təşkil edir, yəni Astara elektrik stansiyası saatda 1 kVt elektrik enerjisinə "Azərbaycan DRES"lə müqayisədə 15% az yanacaq sərf edəcək", - deyə vitse-prezident qeyd edib. O bildirib ki, qaz stansiyaya Azəriqaz QSC tərəfindən tədarük olunacaq.

Azərenerji SC Astara elektrik stansiyasının tikintisini 2005-ci il dekabrın sonuna kimi başa çatdırmağı planlaşdırır. Onun ümumi enerji sisteminə qoşulması, sinxronizasiya və digər işlər 2006-cı il yanvarın iki ongünlüyü ərzində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti