...

Dekabrın 20-dək Salyan Oil Bakıda direktorlar Şurasının iclasını keçirəcək

Energetika Materials 16 Dekabr 2005 18:33 (UTC +04:00)

Dekabrın 19-20də "Kürsəngi-Qarabağlı" quru yatağının işlənib-hazırlanması ilə məşğul olan Salyan Oil Limited (SOL) Bakıda direktorlar Şurasının iclasını keçirəcək. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. Müşavirənin məqsədi şirkətin 2006-cı ildə işi və planlarına dair müzakirələrin aparılmasıdır. İnvestisiyaların dəqiq həcmi, yeni quyuların sayı, fəaliyyətsiz və kəşfiyyat qazmasının bərpa edilməsi ilə bağlı işlər müəyyən ediləcək.

SOL 2006-cı ildə müqavilə sahəsində 7 istismar və bir kəşfiyyat quyusunun qazılmasını nəzərdə tutur. 2006-cı ildə əməliyyat şirkətinin büdcəsi təqribən $50 mln. təşkil edəcək. İstismar quyularının orta dərinliyi 3500 metr, kəşfiyyat 4300-4500 metr təşkil edəcək.

"Kürsəngi-Qarabağlı" yatağının geoloji ehtiyatları 100 mln. ton neft, neft hasilatı əmsalı 0,2-0,3 təşkil edir. Potensial olaraq blokun ehtiyatları 25 mln. ton xammal təşkil edir. Bununla, yataq hazırda yalnız 20% işlənib.

Xəbər lenti

Xəbər lenti