...

Azərenerji SC Xaçmazda yarımstansiyanın tikintisi üzrə xarici məsləhətçi seçib

Energetika Materials 17 Dekabr 2005 11:42 (UTC +04:00)

AR Xaçmaz rayonunda yarımstansiyanın tikintisi layihəsinin məsləhətçisi Dərul-həndəsə ərəb şirkəti olub. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, idarə bununla bağlı olaraq öz təkliflərini layihəni maliyyələşdirən İslam inkişaf bankına (İİB) təqdim edib. "Bizim məqsədimiz konkret işlərin başlanılması üçün qısa müddət ərzində layihənin məsləhətçisini müəyyən etmək idi. Bank təkliflərimizi qəbul edib və hazırda baş podratçının seçilməsi ilə bağlı tender elan edilməsi üçün sənədlər hazırlayır" -deyə o qeyd edib.

Azərenerji SC 2006-cı ildən Xaçmazda 330/110 kV -luq yarımstansiyanın tikintisi layihəsinin gerçəkləşdirilməsinə başlamaq niyyətindədir.

Sentabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev İİB-nın respublika hökumətinə Xaçmazdakı yarımstansiyanın tikintisi üçün kredit verməsi haqqında sazişi təsdiq edib.Azərbaycan parlamenti sentyabrın 1-də İİB-in bu layihəyə dair kreditinin alınmasını bəyənib.Layihənin gerçəkləşdirilməsi respublikanın 500 min əhalisi olan şimal rayonlarının enerji təchizatını yaxşılaşdırmağa imkan verəcək.İİB-nin $13,508 mln. məbləğində kredit vəsaitləri 12 il müddətinə 6% illik dərəcə ilə veriləcək.

İİB həm də yüksək gərginlikli Yaşma-Dərbənd EÖX-nin çəkilməsinə kredit ($25 mln) ayırmağa hazır olduğunu bildirib. Rusiya ilə enerji mübadiləsini idarə etməyə və sabitləşdirməyə imkan verəcək ikinci 330 KV-luq Yaşma (AR) - Dərbənd (RF) EÖX-nin çəkilməsi, yeni "Xaçmaz" 330/110/10 kV-luq yarımstansiyasının tikntisi , kotorıe pozvolət pravitğ i stabilizirovatğ gnerqoobmen s Rossiey, naşla svoe otrajenie v "2005-2015-ci illərdə Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı Dövlət proqramı"nda öz əksini tapıb. Gerçəkləşdirilmə müddəti 2005-2007-ci illəri əhatə edir.

Xəbər lenti

Xəbər lenti