...

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda kadr dəyişikliyi edilir

Energetika Materials 17 Dekabr 2005 13:35 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda kadr dəyişikliyi edilir. Bu barədə Trend ə məlumatlı mənbədən xəbər verilib.

Mənbənin məlumatına görə, AR DNŞ-in işlər idarəsinin rəisi Rasim Məmmədov tutduğu vəzifədən azad edilib və onun Azərbaycanın Sənaye və Energetika nazirliyində eyni mövqe tutacağı gözlənilir.

Heydər Əliyev adına NEZ (keçmiş Azərneftyanacaq) direktorunun kadr məsələləri üzrə müavini Xaliq Məmmədov isə AR DNŞ-in işlər idarəsinin rəisi təyin olunub.

Mənbədən o da bildirilib ki, Dövlət Neft şirkətində kadr dəyişikliyi davam edəcək.

Xəbər lenti

Xəbər lenti