...

Neft-qaz şirkətləri tərəfindən ilin üç rübü ərzində Azərbaycandan $1532,3 mln. mənfəət repatriasiya edilib

Energetika Materials 17 Dekabr 2005 13:36 (UTC +04:00)

Azərbaycanın ödəniş balansına əsasən, 2005-ci ilin üç rübü ərzində ölkədən kapital repatriasiyası $2589,5 mln. (2004-cü ilin analoji dövründə +35,8%) təşkil edib. Bununla ABƏŞ-in iştirakçılarının repatriasyia həcmi 2,1 dəfə artıb. Azərbaycanın Milli Bankında (AMB) Trend ə bildirilib ki, ödəniş balansının statistikasına əsasən, neft-qaz şirkətləri tərəfindən Azərbaycandan 2005-ci ilin ilk yarımilində $940,8 mln. 2004-cü ilin üç rübü ərzində $724,4 mln. və bütün ötən il ərzində olan $1154,397 mln.-a qarşı $1532,3 mln. mənfəət repatriasiya edilib.

İlin üç rübü ərzində ölkə iqtisadiyyatının neft-qaz sektoruna birbaşa sərmayə qoyuluşu digər sektorlarda $170,4 mln. olmaqla $2791 mln. təşkil edib. Bununla da 2004-cü ilin üç rübünün göstəricisi ($3070,6 mln.) ilə müqayisədə neft-qaz sektorunda investisiyaların azalması 9,1% təşkil edib.

2005-ci ilin üç rübü ərzində xarici investisiyaların ümumi həcmi bir il öncə olan $3416,6 mln.-a (+6,1%) qarşı $3653,8 mln. təşkil edib. Bununla birbaşa investisiyalar $2961,4 mln. təşkil edib. Dövlət tərəfindən bir il öncə $53,9 mln.-a qarşı (+3,59 dəfə) $193,7 mln. kreditə zəmanət verilib, dövlət zəmanəti olmayan kreditlər isə $160 mln.-a qarşı $158,9 mln. təşkil edib.

Hesabat dövrü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin çəkilməsi layihəsinə xarici investisiya olaraq $93,4 mln., ARDNŞ tərəfindən isə ( AYİB-in "Şah Dəniz" yatağının işlənib-hazırlanması layihəsi üzrə öhdəliklərə və SCP boru kəmərinin çəkilməsinə krediti) - $86,6 mln. sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti