...

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan aviasiyasının tələbatını ödəmək üçün aviasiya neftinin tədarükü haqqında müqavilə bağlayıb

Energetika Materials 19 Dekabr 2005 11:53 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan aviasiyasının tələbatını ödəmək üçün BP Air-lə aviasiya kerosinin tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. AR DNŞ BP Air-ə "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) istehsal olunan neft tədarük edəcək.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, 2006-cı ilin birinci yarısı ərzində BP Air-ə 15 min ton aviasiya nefti tədarük olunacaq.

Bu il AR DNŞ elan etdiyi tenderdə Britaniyanın Petroqas şirkətinə 50 min ton TS-1 markalı aviakerosin satıb. Məhsul iki tanker partiyası ilə Gürcüstanın Batumi limanından yüklənib. Bundan əvvəl isə AR DNŞ İsveçrənin Glencore treyderinə kerosin satmışdı.

Hazırda AZAL DK-nın bu neft məhsuluna tələbatının artması ilə əlaqədar AR DNŞ 2006-cı ildə Batumi limanı ilə neft ixracından imtina edir. 2005-ci ilin yanvar-oktyabr aylarında AR DNŞ Azal Oil şirkətinə 1,053 mln manat məbləğində 363 min ton neft yükləyib. İlin sonuna qədər tədarükün ümumi həcminin 450 min ton təşkil edəcəyi nəzərdə tutulub. 2006-cı ildə AZAL DK AR DNŞ-dən 600 min ton aviasiya nefti almaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti