...

Dövlət Neft Şirkəti qurudakı yataqlarda istismar quyularının qazılmasına başlayıb

Energetika Materials 19 Dekabr 2005 13:31 (UTC +04:00)

Siyəzən Qazma İşləri İdarəsi "Zağlı"-Zeyvə" və "Saadan" yataqlarında istismar quyularında qazma işlərinə başlayıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. "Zağlı-Zeyvə"dəki1706 №-li quyunun layihə dərinliyi 2000 metr, "Saadan"dakı 1641№-li quyunun layihə dərinliyi isə 1400 metpdir.

ARDNŞ-dən qeyd ediblər ki, 1706 № li quyu artıq 300 metr qazılıb. Lakin hazırda burada qazma işləri onun genişləndirilməsi ilə əlaqədar dayandırılıb. Orta sürətli 1641 № li quyuda qazma işlərinin orta sutkalıq sürəti 46 metr təşkil edir. Qazma işlərini 2006-cı ilin 1-ci rübündə başa çatdırmaq planlaşdırılıb.

İdarə qazma işlərini istismar fondunu və neft və qaz hasilatını artırmaq məqsədilə "Siyəzəneft" NQÇİ-nin siyarişi ilə həyata keçirir. Siyəzən Qazma İşləri İdarəsi neft və qaz ehtiyatları olan müxtəlif yataqlarda - "Çəndəhar", "Saadan", "Siyəzən-Nardaran", "Zeyvə-Zağlı", "Şurabad" və "Əmirxanlı"da yeni quyular qazır."Siyəzənneft" NQÇİ ilin əvvəlindən 4 planlaşdırılmış yerdə 6 yeni istismar quyusunu istismara verib. NQÇİ-nin fəaliyyətdə olan quyu fondu 787 ədəddir.

Xəbər lenti

Xəbər lenti