...

McDermott və Bosshelf-də həmkarlar ittifaqları komitələri üzrə təsis konfransları keçiriləcək

Energetika Materials 19 Dekabr 2005 13:51 (UTC +04:00)

Dekabrın sonlarında McDermott və Bosshelf şirkətlərində həmkarlar ittifaqı komitələrinin yaradılması üzrə təsis konfransları keçiriləcək. Neft-Qaz Sənayesi Fəhlələrinin Həmkarlar İttifaqlarının Respublika Kormitəsindən (NQSF RK) Trend ə verilən məlumata görə, Neftçilərin hüquqları üzrə Komitənin və NQSF RK-nin şirkətin nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən iclasında müəəssisələrdə öz həmkarlar ittifaqı komitələrinin yaradılmasının zəruriliyi qeyd edilib.

Strukturda qeyd edilib ki, indiyə kimi həmkarlar ittifaqı komitələri Shirvan Oil, Salyan Oil, Azgerneft, Anshad Petrol, Lukoil Azerbaijan şirkətlərində yaradılıb.

Bundan əlavə, Bosshelf-in 1100 fəhləsindən 235, McDermott-də isə 1400 fəhlədən 400 nəfəri həmkarlar ittifaqlarının üzvüdür.

Ölkənin neft şirkətlərinin fəhlələrinin NQSF RK-nə üzv olmağa və şirkətlərdə belə komitələrin yaradılmasına marağı McDermott şirkətində fəhlələrin tətililə əlaqədar baş vermiş son hadisələrlə əlaqədar artıb.

Hazırda Azərbaycanda neft və qaz sənayesində 70 minə yaxın fəhlə çalışır ki, onların 56 min nəfəri Azərbaycan Dövlət Neft Şirkətində işləyir.

Xəbər lenti

Xəbər lenti