...

Bosshelf şirkətində həmkarlar komitəsi yaradılıb

Energetika Materials 20 Dekabr 2005 13:30 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan həmkarlar ittifaqları Konfederasiyasında Bosshelf şirkətində həmkarlar ittifaqının yaradılması ilə bağlı təsis konfransı keçirilib. Neft və qaz sənayesi işçilərinin Respublika Həmkarlar İttifaqları Komitəsindən Trend ə verilən məlumata görə, konfransda konfederasiyanın sədri Səttar Mehbalıyev, NQSİRHİK-nın sədri Cahangir Əliyev, neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı, ombudsman Elmira Süleymanova və başqaları iştirak edib.

Konfransda NQSİRHİK-in nizamnaməsinin qəbul olunması və yeni strukturun NQSİRHİK-in tərkibinə daxil edilməsi qərara alınıb.

Tədbirdə komitənin rəhbər orqanları seçilib və nəzarət-təftiş komissiyasının 5 nəfərdən ibarət tərkibi təsdiqlənib.

Açıq səsvermə yolu ilə əvvəllər Bosshelf şirkətinin təşəbbüs qrupuna rəhbərlik etmiş Allahyar Eyyubov komitənin rəhbəri seçilib. Nizamnaməyə əsasən, komitənin 19 üzvündən 9-u rəyasət heyətinə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti