...

Gobustan Operating Company "Cənub-Qərbi Qobustan"dakı quyudan ildə 60 milyon kubmetrdən artıq qaz alıb

Energetika Materials 20 Dekabr 2005 13:36 (UTC +04:00)

Gobustan Operating Company (GOC) "Cənub-Qərbi Qobustan"ın tərkibinə daxil olan "Duvannı" yatağındakı 108 N-li quyuda aparılan yoxlamanın nəticələrinə görə, sutkada 170 min kubmetr qaz (ildə 62 mln kubmetr) alıb. Trend in məlumatına görə, bu barədə Arawak Energy şirkətinin yaydığı press-relizində bildirilir.

"Cənub Qərbi Qobustan" yatağının ARDNŞ-lə bağlanmış PSA üzrə işlənməsi ilə Gobustan Operating Company məşğul olur. Gobustan Operating Company 80% iştirak payı ilə Commonwealth Gobustan Limited şirkətinə məxsusdur, 20% isə ARDNŞ-ə məxsusdur. Commonwealth Gobustan Limited 37,17% iştirak payı ilə Arawak Energy-yə, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Sənəddə bildirilir ki, hazırda Sahilyanı "Cənub-Qərbi Qobustan" blokunda yerləşən Kənizdağ 101 quyusunun nəzərdə tutulmuş kəşfiyyat işlərinin əldə olunması üzrə işlər davam etdirilir. "Quyunun 4000 metr dərinliyə qədər qazılacağı ehtimal edilir və yoxlamanın nəticələrinin 2006-cı ilin yanvarında məlum olacağı gözlənilir".

GOC dekabrın son ongünlüyündə ARDNŞ-ə 1 kubmetri $46 olmaqla ilk kommersiya qazının tədarükünü gözləyir. İlk qazın tədarükü ilə bağlı rəsmi mərasim 2006-cı ilin yanvarında "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində keçiriləcək. Birinci mərhələdə GOC sutka ərzində ARDNŞ-ə "Cənub-Qərbi Qobustan"da qazılan 4 quyudan 400 min kubmetr (ildə 146 mln kubmetr) qaz satmağı planlaşdırır.

Neft-qaz üzrə müstəqil məsləhətçi Ryder Scott-un məlumatına görə, yataqda sübut edilmiş ehtiyatlar 51,6 mln barelə, ümumi (sübut edilmiş üstəcəl mümkün) ehtiyatlar isə 135,4 mln barelə bərabərdir. Bu zaman sübut edilmiş neft ehtiyatları 15,8 mln barel və 214,65 mln kubmetr qaza bərabərdir. Ümumi (sübut edilmiş üstəgəl mümkün) ehtiyatlar 66,6 mln barel neft və 412,933 mln kubmetr qaza bərabərdir.

Xəbər lenti

Xəbər lenti