...

2006-cı ilin fevralından başlayaraq "Babək" yarımstansiyasında turbinlər növbə ilə işə salınacaq

Energetika Materials 20 Dekabr 2005 20:39 (UTC +04:00)

2006-cı ilin fevralından başlayaraq "Babək" yarımstansiyasında turbinlər növbə ilə hər ay işə salınacaq. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətində bildirilib. Yarımstansiyanın gücü təqribən 50 meqavatt təşkil edir.

"Babək" yarımstansiyasında öncə 1992-ci ildə Türkiyədən alınmış generatorlar quraşdırılmışdı. Bir neçə il istismardan sonra bunlar dizel yanacağı olmadığına görə dayandırıldı. Burada turbinlərin dizeldən qaza keçirilməsi üzərində iş aparır.

Energetika İdarəsinin rəisi Yasin Səfərov bildirib ki, adıçəkilən elektrik stansiyasının yenidən qurulması işləri başa çatdırılmaq üzrədir.O, qeyd edib ki, tikinti-montaj əməliyyatları 80%-dən çox yerinə yetirilib. Mayda hər dörd aqreqat iş rejiminə keçəcək.

2006-cı ildə Naxçıvanda 10 modul tipli elektrik stansiyasının tikintisi planlaşdırılır. Bu, əlavə olaraq təxminən 90 meqavatt elektrik energisinin verilməsini təmin edəcək.

Həmin layihə Azərenerji SC və Finlandiyanın Wartsila şirkəti ilə birgə həyata keçirilir.

H.Əliyev adına 4,5 MVt. gücündə SES-in istismara verilməsi 2006-cı iloə planlaşdırılıb. Tikinti işləri 3-4 aydan sonra başa çatdırılacaq.

2006-cı ildə Naxçıvanda hasil ediləcək elektrik energisinin həcmi təxminən 140-150 meqavatt səviyyəsinə çatdırılacaq. Bu gün Naxçıvanda yalnız 10 meqavatt elektrik energisi hasil edilir. Qalan hissə isə İran və Türkiyədən tədarük olunur.

Xəbər lenti

Xəbər lenti