...

Azəriqaz 2006-cı ildən Naxçıvanın qəzla təchizatının bərpası layihəsinin 2-ci mərhələsini reallaşdırılmasına başlamaq niyyətindədir

Energetika Materials 22 Dekabr 2005 18:23 (UTC +04:00)

Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti 2006-cı ildən Naxçıvan Muxtar Respublikasının (NMR) qəaz təchizatının bərpası layihəsinin ikinci mərhələsinin reallaşdırılmasına başlamaq niyyətindədir. Bu barədə Trend ə QSC-dən məlumat verilib.

Bu mərhələ çərçivəsində birinci mərhələdə təbii qazın rayon mərkəzlərində fərdi evlərə paylanması üçün çəkilən əsas magistral qaz kəmərlərindən paylayıcı və daxili qaz xəttlərinin kəmərlərinin çəkilməsi, eləcə də 10828 evdə qaz plitələrinin və qaz sayğaclarının quraşdırılması nəzərdə tutulub.

QSC-də həmçinin, qeyd ediblər ki, ikinci mərhələ üzrə texniki-iqtisadi hesabat hazırlanıb. Hesablamalara görə, işlərin reallaşdırılması üçün 144 milyard manat tələb olunur.

Xəbər lenti

Xəbər lenti