...

Azərbaycanın sənaye və energetika naziri gürcüstanlı həmkarı ilə görüş keçirib

Energetika Materials 22 Dekabr 2005 18:45 (UTC +04:00)

Gürcüstanın energetika naziri Hika Qilauri bu gün AR sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb. Bu barədə Trend ə danışıqlara yaxın mənbədən məlum olub.

Xüsusilə, tərəflər"Şahdəniz" yatağından Gürcüstanın əlavə qaz alması imkanını müzakirə edib. Hazırda Gürcüstanla "ŞahDəniz"in tərəfdaşları arasında 0,7 mlrd. m3 qazın "alqı-satqısı haqqında" müqavilə imzalanıb.

Mənbələrin məlumatına görə, Gürcüstan nümayəndə heyəti bu gün Azəriqaz QSC ilə danışıqlar aparmayıb.

Eyni zamanda, Gürcüstan nümayəndə heyəti AR sənaye və energetika nazirliyində ölkə ərazisi ilə İran qazının Gürcüstana tranziti imkanını müzakirə edib.

Azəriqaznəql İB ( "Aztransqaz" İB- Azəriqaz QSC-nin strukturu) bu il "Qaradağ-Tbilisi" qaz xəttinin əsaslı təmirini başa çatdırıb. Əsaslı təmiri "Qaradağ-Tbilisi"nin Ceyrankeçməz çayından keçən hissəsində aparılırdı.

Xəbər lenti

Xəbər lenti