...

Azəriqaz Azərbaycanda 295 minə yaxın sayğac quraşdırıb

Energetika Materials 23 Dekabr 2005 13:42 (UTC +04:00)

Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti (QSC) idiyə kimi Azərbaycanda 295 minə yaxın sayğac vuraşdırıb. Bu barədə Trend ə Azəriqaz-ın sədrinin müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, QSC ilin sonuna kimi bu rəqəmi 306 minə çatdırmaq niyyətindədir. Bakıda və ölkənin regionlarında sayğacların quraşdırılması paralel aparılır. 2006-cı ildə Azəriqaz Azərbaycanda 500 min qaz sayğacı quraşdıracaq.

Qaz sayğaclarının alınması Nazirlər Kabinetinin 2005-ci il 8 fevral tarixli 43 saylı sərəncamının reallaşdırılması çərçivəsində həyata keçirilir.

"Sənayecihaz" QSC-i 50 min G-2,5 markalı və 40 min G-4 markalı sayğaclarla təmin edəcək. Şirkət $1,790 mln dəyərində qaz sayğaclarının tədarüküknü təklif edir.

Tezliklə Belorusun Belamo şirkəti də Azərbaycana G-6 markalı qaz sayğaclarının ilk partiyasını tədarük edəcək. Müqaviləyə görə şirkət QSC-i 30 min sayğacla təmin edəcək. Müqavilənin dəyəri $840 mindir. Azəriqaz 2008-ci ilə kimi ölkədə sayğacların quraşdırılmasını başa çatdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti