...

Azəriqaz QSC Azərbaycanın İmişli rayonunun abunəçilərini qazla təmin etməyə başlayıb

Energetika Materials 23 Dekabr 2005 17:57 (UTC +04:00)

Azəriqaz QSC Azərbaycanın İmişli rayonunun abunəçilərini qazla təmin etməyə başlayıb. Azəriqaz QSC sədrinin birinci müavini Nazim Səmədzadə Trend ə bildirib ki, hazırda İmişli rayonunda 500 abunəçidən 17-si artıq qaz alır.

Onun sözlərinə görə, rayona qaz tədarükünə 2005-ci il dekabrın 1-dən başlanılıb. "Hazırda şəhərin daxilində qaz təminatı işləri aparılır. Qaz almaq üçün abunəçilər özləri idarəyə müraciət etməlidirlər və onların sifarişi ilə yanacaq tədarükü həyata keçirilir" -deyə o bildirib.

İmişliyə qaz verilməsi üçün Azəriqaz 33 km uzunluğunda İmişli-Saatlı qaz kəməri çəkib. Azəriqaz 2008-ci ilədək Azərbaycanın daha üç rayonunu qazla (Beyləqan, Lerik, Yardımlı) təmin etmək niyyətindədir. 2006-2007-ci ilin payız-qış mövsümünə Beyləqan və Ağcabədi, 2008-ci ildə Lerik və Yardımlının qazla təchizatı bərpa ediləcək.Adıçəkilən dörd rayonun qazla təminatı üçün 82,5 mlrd. manat sərmayə qoyulmaldır.

Xəbər lenti

Xəbər lenti