...

EP-300 zavodunda qurğu bu həftə işini bərpa edəcək

Energetika Materials 23 Dekabr 2005 18:18 (UTC +04:00)

EP-300 zavodu (Azərkimya DK-nın tərkibinə daxildir) noyabrın 23-də baş vermiş yanğın nəticəsində dayanmış fəaliyyətini iki gün ərzində bərpa edəcək. Bu barədə Trend ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov bildirib.

Onun sözlərinə görə, hazırda qurğu sınaqdan keçirilir.

Xatırladaq ki, zavodda kompressorlardan birində fırlanan valın sınması nəticəsində yanğın baş vermişdi. Dişli çarxda dişlərin zədələnməsi nəticəsində Avropadan alınmış qurğu sınmış, 500 litrə yaxın sənaye yağının axması nəticəsində isə yanğın baş vermişdi.

A.Zeynalov onu da qeyd edib ki, hadisə nəticəsində atmosfer kimyəvi tullantılarla çirklənməyib.

Xəbər lenti

Xəbər lenti