...

AR DNŞ tərəfindən "Qala" yatağında yeni quyunun qazılmasına başlanılıb

Energetika Materials 24 Dekabr 2005 14:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti tərəfindən "Qala" yatağında yeni quyunun qazılmasına başlanılıb. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib. 1524 nömrəli quyunun layihə dərinliyi 2130 metrdir. Qazma işləri dekabrın 20-də başlayıb və indiyə kimi təxminən 50 m qazılıb. Sutka ərzində qazmanın orta tezliyi 10 m-dir. Qazma işlərini 2006-cı ilin birinci rübündə başa çatdırmaq nəzərdə tutulub. İşlər "Bibi-Heybət" NQÇİ-nin sifarişi ilə Abşeron qazma işləri idarəsi tərəfindən yerinə yetirilir.

AR DNŞ-də o da qeyd olunub ki, idarə tərəfindən, həmçinin, "Bibi-Heybət" və "Balaxanı" yataqlarında da yeni quyular qazılır. "Bibi-Heybət" yatağında 3868 nömrəli quyunun layihə dərinliyi 1850 m-dir. Qazma işləri təxminən 800 m dərinlikdə aparılır. İdarə artıq "Balaxanı"da layihə dərinliyi 1400 m olan 3970 nömrəli quyunun qazılmasını başa çatdırır. 3969 nömrəli quyuda qazma işləri 300 metrdən artıq dərinlikdə aparılır. Quyunun layihə dərinliyi 1400 m-dir.

Xəbər lenti

Xəbər lenti