Azərbaycanın quru "Kürovdağ" yatağının reabilitasiyası, kəşfiyyatı və işlənməsi ilə müşğul olan Shirvanoil birgə müəssisəsi (BM) cari ildə yeni istismar quyularının qazılmasına başlaya bilməyəcək. Bu barədə Trend ə BM-dən məlumat verilib.
"Biz qazma işlərinə dekabrın sonlarında başlamağı planlaşdırmışdıq. Lakin qazma avadanlıqlarının bir yerə cəmləşdirilməsi və tədarükünün gecikməsi ilə əlaqədar, çoc güman ki, işlərə 2006-cı ilin əvvəllərində başlamaq mümkün olacaq", - deyə BM-dən bildirilib.
"Kürovdağ"ın cənub hissəsində qazma işlərini Britaniyanın Monument Oil servis xidməti həyata keçirəcək.
2005-ci ilin sonlarına kimi Shirvanoil "Kürovdağ"ın işlənməsi üçün $40 mln-dan artıq investisiya sərf edib. İlin birinci yarısında $12,4 mln sərf olunub ki, bunun $2,7 mln-u kapital xərcləri, $9,7 mln-u isə əməliyyat xərcləri təşkil edib. İlin ikinci yarısında investisiyaların həcmi $28,4 mln həcmində, eləcə də kapital xərcləri $16,4 mln, əməliyyat xərcləri $12 mln təşkil edib.
Azərbaycan Dövlət Neft Şirkəti və Britaniyanın Caspian Energy Group 2006-dcı il yanvarın 1-dən Shirvanoil Operating Company əməliyyat şirkətinin yaradılması barədə razılığa gəliblər. 2004-cü ilin noyabrında ARDNŞ "Kürovdağ" üzrə Caspian Energy Group (keçmiş Whitehall) PSA imzalayıb. PSA üzrə tərəflər 50% iştirak payı əldə ediblər. 1997-ci ildən "Kürovdağ"ın işlənməsi ilə Shirvan Oil BM məşğul olur ki, burada Caspian Energy Group 51% iştirak payına sahiblik edir.