...

Azərbaycan DRES-də beşinci blokun yenidən qurulması 2006-cı ilin əvvəlində başa çatacaq

Energetika Materials 26 Dekabr 2005 14:23 (UTC +04:00)

Azərbaycan DRES-də beşinci blokun yenidən qurulması 2006-cı ilin əvvəlində başa çatacaq. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirb. Azərenerjinin podratçısı Rusiyanın "Güc maşınları" SC-dir.

Onun sözlərinə görə, Rusiya şirkəti ilə müqaviləyə əsasən, blokda işlər 2006-cı ilin fevralında başa çatmalıdır. "Şirkətdən işləri cari ilin sonuna kimi başa çatdırmağa söz verilsə də, bu, baş tutmayıb. Hazırda işlər bitmək üzrədir. Tikinti işləri başa çatdıqdan sonra avadanlıqlar sınaqdan keçiriləcək", - deyə o qeyd edib.

Bu aqreqatın yenidən qurulması onun texniki parametrlərinin yaxşılaşmasına və DRES-in işinin etibarlılığına imkan verəcək.

Mohnostğ bloka dovedena do proektnoy, a pokazatelğ rasxoda topliva na proizvodstvo ediniüı glektrognerqii budet znaçitelğno snijen.

Modernləşdirmə DRES-in energetika avadanlığının gücünü 320-3330 MVt-a qədər artıracaq. Hazırda bu göstərici 170 MVA təşkil edir. Saatda 1 kVt enerjinin istehsalına yanacaq sərfi 400 q-dan 350 q-a qədər azaldılacaq.

Xəbər lenti

Xəbər lenti