...

Qazla təchizatla bağlı çətinlikdər Bakının və Azərbaycanın regionlarının ienerji təchizatnıda çətinliklər yaradır

Energetika Materials 26 Dekabr 2005 16:24 (UTC +04:00)

Havaların soyuması ilə əlaqədar Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin operatoru) şirkətinin xidmət etdiyi Bakı, Sumqayıt və ölkənin şimal-şərq rayonlarında elektrik enerjisinə olan tələbat arıt. Bu barədə Trend ə Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, tələbatın bir sutkalıq həcmi təkcə Bakıda 1500 MVt təşkil edir. "Bu rəqəmin daha da artacağı gözlənilir. Bizim energetika sistemimiz belə həcmdə yüklənmələrə dhavam gətirməyə hazırdır,lakin problemlərin mövcud olmadığını söyləmək olmaz. Enerji avadanlıqlarının, o cümlədən, transformatorların yüklənməsi nəticəsində qəza halları müşahidə olunur. Əsas etibarilə belə faktlar Bakı ətrafında qekydə alınır", - deyə Barmek Azerbaycan-ın prezidenti bildirib.

O qeyd edib ki, hazırda ən az səviyyədə yüklənmə Xaçmazda qeydə alınıb. "Burada bizim problemimiz yoxdur. Çünki biz bu rayonda yeni enerji sistemi quraşdırmışıq. Həmçinin, şimal-şərq regionlarında əhalinin elektrik enerjisindən böyük şəhərlərdəkinə nisbətən daha qənaətlə istifadə etdiyini müşahidə edilir", -deyə H.Arabul bildirib.

Şirkətin prezidenti qeyd edib ki, elektrik enerjisinə tələbatın artmasında əsas amil bir çox yaşayış məntəqələrində qazın olmaması ilə bağlıdır. "Əgər bu ərazilər qazla normal təchiz olunarsa, bizim elektrik enerjisi ilə bağlı heç bir problemimiz olmaz", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti