...

Hüseyn Arabul: Nazirlər Kabineti Barmek Azərbaycan şirkətinin investisiya təklifini nəzərdən keçirir

Energetika Materials 26 Dekabr 2005 17:14 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələrinin operatoru) hökumətə 2006-2007-ci illərdə enerjipaylayıcı şəbəkənin inkişafı üçün 150 mln dollar investisiya qoymaq niyyətindədir. Bu barədə Trend ə Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkətin təklifləri Nazirlər Kabinetində nəzərdən keçirilir. "Hər şey hökumətin qərarından asılı olacaq. Bu proqramın reallaşdırılması üçün ölkə hökumətinin icazəsi lazımdır. İnvestisiyanın bu həcmi nəzərdə tutulmuş 10 il əvəzinə 2 il ərzində qoymaq niyyətindəyik", -deyə o bildirib.

Əgər hökumət proqramın həyata keçirilməsinə icazə verərsə, Barmek Azərbaycan qısa müddət ərzində onun reallaşdırmaq niyyətindədir. Şirkət bu gün belə proqramın reallaşdırılmasına texniki hazırdır.

İndiyə kimi, H.Arabulun sözlərinə görə, şirkət Bakı və Sumqayıtın elektrikpaylayıcı şəbəkələrinin inkişafına 60 miln dollar investisiya qoyub.

Xəbər lenti

Xəbər lenti