...

Azərbaycan metal boruların alış həcmini 66% azaldıb

Energetika Materials 28 Dekabr 2005 13:17 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan quru və dənizdə yerləşən yataqlarda əməliyyatlar aparmaq üçün 114512,2 ton müxtəlif metal borular idxal edib ki, bu da 2004-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 65,7% azdır. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, göstərilən dövr ərzində $131025,1 min həcmində boru idxal edilib. Bu göstərici 2004-cü ilin analoji dövrü ilə müqayisədə 50,4% azdır.

Komitədən bildirilib ki, 2005-ci ilin yanvar-oktyabr ayları ərzində neft-qaz kəmərləri üçün 55334,9 ton boru idxal edilib ki, bu da 2004-cü ilin 10 ayı ilə müqayisədə 78,1% azdır. Bu dövrdə $57249,6 min dəyərində idxal edilmiş borunun həcmi 2004-cü ilin yanvar-oktyabr ayları göstəricisindən 67,8% azdır. 2005-ci ilin 10 ayı ərzində 27349,2 ton qazma borusu idxal edilib ki, bu da 2004-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4% azdır. Boru idxalının ümumi həcmi 42467,5 min təşkil edib. Bu, 2004-cü ilin yanvar-oktyabr ayları göstəricisindən 3,2% çoxdur.

Xəbər lenti

Xəbər lenti