...

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri sənaye sahəsində əməkdaşlıq haqqında saziş imzalaya bilər

Energetika Materials 28 Dekabr 2005 16:28 (UTC +04:00)

Dekabrın 28-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan və Türkiyədəki səfiri Xalid Qanim Əl-Qeysi qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin press-relizində bildirilib.

Görüş zamanı hər iki dövlət arasında xüsusilə sənaye sahəsində əməkdaşlıq məsələsi, BƏƏ-nin Azərbaycanın sənaye və yanacaq-energetika kompleksinə ayırdığı sərmayələrin səviyyəsinin artırılması perspektivləri müzakirəyə çıxarılıb.

N.Əliyev prezident İlham Əliyevin 2006-cı ilin fevralında BƏƏ-yə planlaşdırılmış görüşü çərçivəsində hər iki dövlət arasında sənaye sektorunda əməkdaşlıq haqqında xüsusi sazişin hazırlanmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti