...

Azərbaycan yanvarda Novorossiysk limanından 400 min ton neft satacaq

Energetika Materials 28 Dekabr 2005 16:46 (UTC +04:00)

2006-cı ilin yanvar ayında Azərbaycan Novorossiysk limanından 400 min ton Ural növlü neft yükləyəcək. Bu barədə Trend ə Rusiya limanına yaxın mənbələr məlumat verib. Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti 315 min ton, Azərbaycan Dövlət Neft Şirkəti isə 85 min ton neft yükləyəcək.

ABƏŞ yanvarın 12-13-də limanın N1 körpüsündən 1 partiya olmaqla 145 min ton, yanvarın 18-19-u və 25-26-da isə 2 partiya olmaqla 85 min ton neft yükləyəcək.

AR DNŞ yanvarın 29-30-da N2 körpüsündən 85 min ton neft (bir partiya) yükləyəcək. AR DNŞ artıq bu partiyanın satışı üzrə tenderi bağlı elan edib. Tenderin qalibi Glencore treyderi olub.

Xatırladaq ki, Glencore 2005-ci ildə AR DNŞ-in elan etdiyi tenderdə Novorossiyskdən daha çox neft alıb (557 min ton), ikinci yerdə LUKOİL şirkətidir (464 min ton).

Xəbər lenti

Xəbər lenti