...

AGN MAK ilin sonuna kimi EITI üzrə hesabatın hazırlanmasını başa çatdırır

Energetika Materials 28 Dekabr 2005 17:22 (UTC +04:00)

2005-ci ilin sonuna kimi AGN MAK auditor şirkəti "2005-ci ilin birinci yarısı üzrə hasilat sənayesinin (EITI) şəffaflığının təşəbbüsləri" çərçivəsində hesabatın hazırlanmasını başa çatdırıb. QHT koalisiyasının rəhbəri, iqtisadi və siyüasi tədqiqatlar Mərkəzinin sədri Sabit Bağırovun Trend ə verdiyi məlumata görə, şirkət neft və qaz sənayesi şirkətlərinin və Azərbaycan hökumətinin daxilolmalar barədə hesabatlarının yekun yoxlanması ilə bağlı işlərdə yubanır. Onun sözlərinə görə, hökumətin məlumatına görə, auditor şirkətlərinin bütün hesabatları təqdim olunub, müvafiq yubanma AGN MAK hesabatlarla əlaqədar yubanır.

AGN Mak Azerbaijan LTD Accountants Global Network şirkətlər qrupuna daxildir. O, sentyabrın 29-da keçirilən EITI üzrə hökumət komissiyasının, yerli və xarici şirkətlərin və sənaye hasilatının şəffaflığı üzrə koalisiyanın növbəti iclasında seçilib. Müəyyən olunmuş prinsiplərə görə auditor firmalarının xidmət ardıcıllığını Azərbaycan Dövlət Neft Şirkəti ödəyəcək.

Əvvəllər 2003 və 2004-cü illər üzrə auditləri Deloytte həyata keçirirdi.

Xəbər lenti

Xəbər lenti