...

ExxonMobil və Dövlət Neft Şirkəti iki neft-qaz layihəsi çərçivəsində kompensasiyaların ödənməsi barədə razılığa gəliblər

Energetika Materials 29 Dekabr 2005 14:21 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) və ExxonMobil bu Amerika şirkətinin operatoru olduğu "Naxçıvan" və "Zəfər-Məşəl" perspektiv strukturlarında ikinci kəşfiyyat quyusunun qazılmasından imtina ilə bağlı kompensasiyanın ödənilməsi barədə razılığa gəliblər. Bu barədə Trend ə ARDNŞ-in rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, "Zəfər-Məşəl" strukturunda ikinci kəşfiyyat quyusunun qazılmasından imtina edilməsinə görə Azərbaycan Dövlət Neft Şirkətinə $32 mln, "Naxçıvan"dakı analoji işlərlə bağlı imtinaya görə $18 mln vəsait ödəniləcək.

ExxonMobil "Zəfər-Məşəl"də birinci kəşfiyyat quyusunda qazma işlərinin 2004-cü ildə başa çatdırıb. Qazma işlərinin nəticələri üzrə cəlbedici karbohidrogen ehtiyatları əldə edilməyib. Birinci kəşfiyyat quyusunda 11 ay davam edən qazma işləri üzrə xərclər $110 mln-dan artıqdır.

"Naxçıvan"dakı (NAKX-1) ilk quyuda "İstiqlal" qurğusu ilə 2001-ci ilin 22 avqustundan başlanan qazma işləri 2002-ci ilin fevralında dayandırılıb. Əvvəlcə quyunun layihə dərinliyi 6444 metr, yekun qazma işləri 6746 metr təşkil edib. Qazma işlərinin yekunları üzrə ExxonMobil də cəlbedici karbohidrogen ehtiyatları aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti