...

ARDNŞ-ın üç yeni vitse- -prezidenti təyin edilib

Energetika Materials 30 Dekabr 2005 12:33 (UTC +04:00)

ARDNŞ-in strukturunda kadr dəyişiklikləri edilib. ARDNŞ-də Trend ə bildirilib ki, Elşad Nəsirov Dövlət neft şirkətinin marketinq və investisiyalar üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. Əvvəllər o, ARDNŞ-in marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləyirdi.

ARDNŞ-in emal üzrə vitse-prezidenti vəzifəsinə əvvəllər "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) NEZ-in baş direktorun birinci müavini işləmiş Davud Məmmədov təyin edilib.

ARDNŞ-in ümumi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə Mikayıl İsmayılov təyin edilib.

Xəbər lenti

Xəbər lenti