...

"Qazeksport" MMC Azərbaycana gündə 14 mln. m3 qaz tədarük edir

Energetika Materials 5 Yanvar 2006 19:28 (UTC +04:00)

"Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) yanvarın 1-dən Azərbaycana 1 min m3 $110 dəyərində təbii qazın tədarükünə başlayıb. Azəriqaz QSC-də Trend ə bildirilib ki, yanvarda "Qazeksport" gündəlik 14,4 mln. m3 yanacaq (bütün yanvar ayı ərzində 446 mln. m3) tədarük etmək niyyətindədir.

2005-ci il ərzində "Qazeksport" Azərbaycana 2004-cü ildə 4,931 mlrd. m3 qaza qarşı 4,54 mlrd. m3 qaz tədarük edib. Azəriqaz QSC-də qeyd olunub ki, 2005-ci ilin dekabrında "Qazeksport" Azərbaycana noyabrda 374 mln. m3 qaza qarşı 386 mln. m3 qaz tədarük edib.

Cari ildə ARDNŞ "Qazeksport"dan 2005-ci ildə 1 min m3 $60 dəyərinə qarşı 1 min m3 $110 dəyərində 4,5 mlrd. m3 qaz almağı planlaşdırır.Təbii qaz ölkəyə Şirvanovka-QazıMəmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti