2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin quru və su yataqlarından 8,967 mln ton neft hasil edib ki, bu da 2004-cü ildəkindən 9 min ton azdır. ARDNŞ-dən Trend ə verilən məlumata görə, Dövlət Neft Şirkətinin Neft-Qaz Çıxarma İdarələri 2005-ci ildə dənizdə və quruda ümumi həcmi 7,973 mln ton neft hasil edib ki, bu da 2004-cü ildə olduğundan 45,6 min ton (yaxud 0,6%) azdır.
2005-ci ildə xarici şirkətlər ARDNŞ-in iştirakı ilə quru yataqlardan karbohidrogen hasil edən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində 994,1 min ton neft hasil edib ki, bu da 2004-cü ildəkindən 36,6 min ton (yaxud 3,8%) çoxdur.
2005-ci il ərzində Azərbaycanda qaz hasilatının ümumi həcmi 5,818 mlrd kubmetr təşkil edib ki, bu da 2004-cü ildəkindən 812,1 mln kubmetr (və ya 16,2%) çoxdur. Bu zaman ARDNŞ NQÇİ-nin payına 3,824 mlrd kubmetr qaz düşüb ki, bu da 2004-cü ildəkindən 51,7 mln kubmetr çoxdur. 2005-ci ildə BM və ƏŞ 106,6 mln kubmetr qaz hasil edib ki, bu da 2004-cü ildə olduğundan 17,4 mln kubmetr azdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2005-ci ildə 1,887 mlrd kubmetr sərbəst qaz hasil edib ki, bu da 2004-cü ildəkindən 881,2 mln kubmetr çoxdur.
2005-ci ildə Azərbğaycanda neft və qaz hasilatı üzrə ümumi cədvəl belədir:
Neft (min ton) |
Dekabr 2005-ci il |
yanvar-dekabr 2005-ci il |
yanvar-dekabr 2004-cü il cü il | |||
Fakt |
plan |
fakt |
% |
Fakt |
% | |
Cəmisi |
756,5 |
8750 |
8967,4 |
102,5 |
8976,4 |
99,9 |
NQÇİ |
666,8 |
7914,4 |
7973,3 |
100,7 |
8018,9 |
99,4 |
BM və PSA |
89,7 |
835,6 |
994,1 |
119 |
957,5 |
103,8 |
Qaz (mln m3) |
||||||
Cəmisi |
577,2 |
5190 |
5818,3 |
112,1 |
5006,2 |
116,2 |
ARDNŞ |
340,2 |
3900 |
3930,6 |
100,8 |
3999,7 |
98,3 |
NQÇİ |
329,7 |
3804,9 |
3824 |
100,5 |
3875,7 |
98,7 |
BM və PSA |
10,5 |
95,1 |
106,6 |
112,1 |
124 |
86 |
ABƏŞ |
237 |
1290 |
1887,7 |
146,3 |
1006,5 |
187,6 |