...

Azərbaycan neftinin qiyməti bahalaşıb

Energetika Materials 6 Yanvar 2006 13:40 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, yanvarın 5-də bir barel AZERI LT CIF neftinin qiyməti $62,32 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,47 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Yanvarın 5-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $53,97 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,47 çoxdur. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Yanvarın 5-də bir barel Brent (DTD) neftinin qiyməti $61,93 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,52 artıqdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, hazırda Novorossiysk limanından Auqustaya neftin və tünd rəngli neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmi fraxtının dərəcəsi ws205 bənd təşkil edir. 80 min ton tutumlu gəmilər üçün analoji dərəcə ws235 təşkil edir. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün ws435 təşkil edir. Neft və açıq rəngli neft məhsullarının Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə nəqli üçün dərəcə ws400 təşkil edir.

Xəbər lenti

Xəbər lenti