...

AR DNŞ 2005-ci ildə Novorossiyskdən neftin yüklənməsini 36% azaldıb

Energetika Materials 6 Yanvar 2006 13:54 (UTC +04:00)

2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Novorossiysk limanından 1,631 mln ton Ural növlü neft yükləyib. Bu göstərici 2004-cü ildə 2,559 mln ton təşkil etmişdir. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib.

2005-ci ilin dekabrında Novorossiyskdən noyabr ayına olan 167,2 min ton və 2004-cü ilin dekabrına olan 166,3 min tona qarşı 86,5 min ton neft yüklənib.

2005-ci ildə "şimal" boru kəməri ilə neft ixracının 2004-cü ilə nisbətən azalması onunla izah edilir ki, ötən il ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında xammal hasilatının həcminin artması ilə əlaqədar Bakı-Novorossiysk boru kəmərindən fəal surətdə istifadə edib. Bu kəmərlə 1 ton neftin nəqlinin qiyməti $15,67 təşkil edir.

Dekabrda 1 barel Ural növlü neftin qiyməti $56,91 təşkil edib (noyabr ayına olan qiymətlə müqayisədə $4,77 barel çoxdur).

Xəbər lenti

Xəbər lenti