...

Azərtrans MMC ikinci boru kəmərinin çəkilməsini başa çatdırıb

Energetika Materials 6 Yanvar 2006 15:53 (UTC +04:00)

Azərtrans MMC Azərbaycanın Səngəçaldakı terminalları arasında BP və Azərtrans-a məxsus olan birləşdirici ikinci boru kəmərinin çəkilməsinin başa çatdırıldığını elan edib. Trend bildirir ki, bu barədə Azərtrans-ın daxil olduğu Azpetrol şirkətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, boru kəmərinin diametri 30 dyuym təşkil edir. 2005-ci ilin avqustun 16-da Azərtrans və BTC Co. boru kəməri şirkəti Səngəçalda dəniz və dəmir yolu terminalı arasında Azərtrans və BTC Co. şirkətinə məxsus boru kəməri sisteminin birləşdirilməsinin təmin edilməsinə dair saziş imzalayıb.

Boru kəmərinin uzunluğu 11,577 km. təşkil edir. Kəmərin çəkilməsi ilə "Xəzərdənizneftqaztikinti" tresti məşğul olub. Həmin boru kəmərinin istismara verilməsi Xəzər dənizindən Aralıq dənizinə neft ixracı üçün şərait yaradılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti