ARDNŞ Gürcüstanın Qara dənizdəki Batumi limanından mənfəət nefti partiyasının satışı üçün tender elan edib. ARDNŞ-də Trend ə bildirilib ki, tender "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən 80 min ton (600 min barel) Azəri Light neftinin satışı üçün elan edilib.
"Biz gözləyirik ki, Batumidən neft fevralın 3-4-də yüklənməyə başlayacaq" -deyə ARDNŞ-də bildirilib. Tenderin bağlanışı yanvarın 12-nə planlaşdırılıb.
Batumi neft terminalı ildə 15 mln. ton neft məhsulu yükləmək iqtidarındadır. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə 30-90 min ton tutumlu tankerlər xidmət göstərir. Hazırda terminalın ehtiyat parkının gücü təqribən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin yüklənməsi üçün kifayətdir.