...

PSA müqaviləsinin qüvvəyə minməsi üçün Caspian Energy Group bəzi öhdəlikləri yerinə yetirməlidir

Energetika Materials 7 Yanvar 2006 11:41 (UTC +04:00)

Caspian Energy Group (keçmiş Whitehall) və AR DNŞ arasında "Kürovdağ" yatağının reabilitasiyası, işlənib-hazırlanması və burada kəşfiyyat işlərinin aparılması haqqında 2004-cü ilin payızında imzalanmış PSA tipli müqavilə hələ də qüvvəyə minməyib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, bunun üçün xarici tərəfdaş (Caspian Energy Group) bir sıra müqavilə öncəsi öhdəlikləri yerinə yetirməlidir.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, xarici iştirakçı lazımi tələbləri yerinə yetirməyib. PSA müqaviləsi qüvvəyə mindikdən sonra isə əməliyyat şirkətinin yaradılması zəruri olacaq.

1997-ci ildən "Kürovdağ" yatağının reabilitasiyası ilə Shirvan Oil məşğul olurdu və Caspian Energy Group 51% iştirak payına malik idi. "Kürovdağ" 1929-cu ildə açılmış yataqdan indiyə kimi 36 mln ton neft hasil edilib ki, bunun da 1,6 mln tondan çoxu Shirvan Oil BM-in payına düşüb.

Xəbər lenti

Xəbər lenti