...

AR DNŞ yeni quyuların qazılması hesabına "Qum-Dəniz" yatağında hasilatı artırmaq niyyətindədir

Energetika Materials 7 Yanvar 2006 13:47 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti "Qum-Dəniz" yatağında yeni quyunun qazılmasına başlayıb. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. 464 №-li quyuda işlərə yanvar əvvəlində başlanılıb və layihə dərinliyi 3500 m olan quyunun təxminən 140 metri qazılıb. Orta sutkalıq qazma tezliyi 30 m-dir. Quyuda qazma işlərinin 2006-cı ilin 1-ci rübündə başa çatdırılması nəzərdə tutulub.

Yanvarın əvvəlində "Qum adası" Dəniz Qazma İşləri idarəsi layihə dərinliyi 3750 m olan 456 №-li quyunu istismara verib. Quyunun debiti sutkada 30 ton neft və 150 min m3 qaz təşkil edir. Hazırda yataqda 38 quyu işləyir. Sahədə, həmçinin, layihə dərinliyi 3700 m olan 449 №-li daha bir quyu qazılır.

Eyni zamanda idarə tərəfindən "Hövsan" və "Bahar" yataqlarında da yeni quyular qazılır. "Hövsan" yatağında layihə dərinliyi 3700 m olan 1717 №-li quyuda qazma işləri 2246 metr dərinlikdə aparılır. "Bahar" yatağında layihə dərinliyi 5000 m olan 205 №-li quyunun qazılması isə müvəqqəti olaraq dayandırılıb.

Xəbər lenti

Xəbər lenti