...

"Xəzərdənizneftdonanması" iki gəminin təmiri üçün avadanlıq alır

Energetika Materials 7 Yanvar 2006 14:18 (UTC +04:00)

"Xəzərdənizneftdonanması" İdarəsi "Şirvan -3" və "General Şıxlinski" gəmilərinin təmirini planlaşdırır. Bu barədə "Tpend"ə idarədə bildirilib. Bu məqsədlə müxtəlif avadanlıq və ehtiyatların alınması üçün tender elan edilib.

Maraqlı olan şirkətlər idarənin marketinq qrupuna müraciət edə bilər. Tendepdə iştirak etmək üçün iddiaçılar $200 üstəgl 18% ƏDV (cəmi $236) ödəməlidir.

Tenderin tələblərinə əsasən, müsabiqənin qalibi avadanlığı müqavilə imzalandıqdan sonra 3 aydan gec olmayaraq gətirməlidir. Avadanlığın haqqı 1 il ərzində qismən ödəniləcək.

Potensiallı iştirakçılar öz sənədlərini 2006-cı ilin fevralın 16-dan, tender təkliflərini isə fevralın 23-dən gec olmayaraq "Xəzərdənizneftdonanması" İdarəsinə təqdim edə bilər. Qiymət həddi, gətirilmə müddəti, analoji əməliyyatlarda şirkətin təcrübəsi ilə bağlı olaraq bunlara baxılacaq.

Təkliflər paketi fevralın 24-də "Xəzərdənizneftdonanması" İdarəsində açılacaq.

Xəbər lenti

Xəbər lenti