...

"Azərboru" SC Rusiya şirkətlərinə qoruyucu neft borularının yüklənməsinə başlayıb

Energetika Materials 7 Yanvar 2006 14:34 (UTC +04:00)

Yanvarın 7-də "Azərboru" SC (Sumqayıt boruprokat zavodu) Rusiyanın "Nefteqazsbıt" SC üçün qoruyucu neft borularının birinci partiyasını göndərib. Bu barədə Trend ə zavodun direktoru Əzim Əzimov məlumat verib. Onun sözlərinə görə, birinci partiyanın həcmi 300 min tondur. "Azərboru" və "Nefteqazsbıt" arasında 1,1 mln ton həcmində qoruyucu neft borularının tədarükü haqqında müqavilə bağlanıb.

Zavod yanvarın sonuna kimi sifarişin bütün həcminin yüklənməsini başa çatdırmağı planlaşdırır. Azərbaycanın neft boruları "Nefteqazsbıt"la müqavilə bağlamış "Tatarıstanneft" və "Tümenneft" üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti