...

Həmkarlar İttifaqları Komitələrinin rəhbərləri AR DNŞ-lə yeni sazişə dair məsələləri müzakirə edəcək

Energetika Materials 7 Yanvar 2006 14:52 (UTC +04:00)

Gələn həftə Azərbaycan Dövlət Neft Şirkəti və Neft-Qaz Sənayesinin Həmkarlar İttifaqları Komitələrinin rəhbərlərinin görüşü keçiriləcək. Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsindən Trend ə verilən məlumata görə, görüşdə tərəflər cari işlərin gedişini və bu strukturların fəaliyyətində yaranmış bir sıra problemlərin həlli üsullarını müzakirə edəcək.

Komitədən qeyd edilib ki, görüşdə müzakirəyə çıxarılması nəzərdə tutulan əsas məsələlərdən biri də 2006-2008-ci illərdə Həmkarlar İttifaqlarının sosial müdafiə ilə bağlı fəaliyyətinin reallaşdırılmasının əsas istiqamət və mexanizmlərinin müəyyənləşdirilməsi üçün NQSHİRK və AR DNŞ arasında imzalanması planlaşdırılan sazişdir.

"Sazişin layihəsi artıq hazırdır, sənəddə isə bəzi bəndləri dəqiqləşdirmək lazımdır", - deyə müəssisədən bildirilib. Sazişin yanvar ayı ərzində imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti