...

ARDNŞ Gürcüstana dizel yanacağının ixracına başlayıb

Energetika Materials 9 Yanvar 2006 13:06 (UTC +04:00)

ARDNŞ Gürcüstanın "Saknavtobtransi" (keçmiş "Gürcneftetrans") Dövlət Şirkəti (DŞ) ilə imzalanmış müqaviləyə əsasən həmin ölkəyə dizel yanacağının ixracına başlayıb. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Dizel yanacağı "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) Bakı NEZ-də istehsal olunur. "Saknavtobtransi" DŞ ənənəvi olaraq Gürcüstanda Azərbaycan neft məhsullarının ən iri alıcısıdır.

ARDNŞ-də qeyd olunub ki, 2006-cı ildə "Saknavtobtransi" 10 min ton dizel yanacağı tədarük etmək nəzərdə tutulur. Ötən ilin sonunda ARDNŞ və "Saknavtobtransi" həmçinin Gürcüstana avtomobil yanacağının tədarükünə dair razılıq əldə edib. Avtomobil yanacağı "Heydər Əliyev adına" NEZ-də istehsal olunur və Gürcüstana 2006-cı ilin martından aylıq 20 min ton həcmində tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti