...

Azərbaycan fevralda Novorossiysk limanından neft tədarükünü 10% azaldacaq

Energetika Materials 9 Yanvar 2006 16:53 (UTC +04:00)

Fevral ayında Azərbaycan Novorossiysk limanından 360 min ton Ural nefti yükləyəcək. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. Beləliklə, fevralda neft tədarükü yanvara nisbətən 10% azalacaq. Bu ay 400 min ton neft tədarük edilməsi nəzərdə tutulur.

Yanvarda ABƏŞ-in payına 275 min ton, ARDNŞ-in payına isə 85 min ton neft xammalı yükünün düşəcəyi ehtimal olunur.

Yanvarda ABƏŞ-in payına 315 min ton, ARDNŞ-in payına isə 85 min ton düşəcək. ABƏŞ yanvarda Novorossiysk limanının 1 saylı körpüsündən (12-13 yanvar) 145 min ton həcmli bir gəmi partiyası və 2 saylı körpüdən (18-19 və 25-26 yanvar) 85 min ton olmaqla iki partiya neft yükləyəcək. ARDNŞ 29-30 yanvarda Novorossiysk limanının 2 saylı körpüsündən bir gəmi partiyası ilə 85 min ton neft yükləyəcək. ARDNŞ artıq bu partiyanın satışına tenderi bağlı elan edib, tenderin qalibi Glencore treyderi olub.

Xəbər lenti

Xəbər lenti