...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2005-ci ildə "Azəri-Çıraq-Günəşli"də neft hasilatını artırıb

Energetika Materials 11 Yanvar 2006 16:34 (UTC +04:00)

2005-ci ildə "Azəri-Çıraq-Günşəli" (AÇG) yatağının işlənməsini həyata keçirən müqavilə sahəsindən 13,185 mln ton Azeri Light növlü neft hasil edib ki, bu da ötən ilin analoji dövründəkindən 6,617 mln ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, cari ildə ABƏŞ ümumi həcmdən "Çıraq" yatağında 7,028 mln ton neft, 6,109 mln ton isə "Azəri"nin mərkəzi hissəsindən hasil edib. ABƏŞ "Azəri"dən ilk nefti 2005-ci il fevralın 13-dən hasil etməyə başlayıb.

ABƏŞ-dən "Tpend"ə verilən məlumata görə, dekabrda şirkət AÇG-dən ("Azəri" üstəgəl "Çıraq") 1,485 mln ton neft hasil edib ki, bu da əvvəlki ayda hasil olunandan və 2005-ci ilin dekabrındakından 0,857 min ton çoxdur. 2005-ci ilin noyabrında ABƏŞ "Çıraq"dan 617,9 min ton, "Azəri"dən -868 min ton neft hasil edib.

Xəbər lenti

Xəbər lenti