...

ARDNŞ "Qərbi Abşeron" rayonunda yeni istismar quyuları qazır

Energetika Materials 11 Yanvar 2006 18:26 (UTC +04:00)

AR DNŞ "Qərbi Abşeron" rayonunda 171 saylı dördüncü istismar quyusunun qazmasını başa çatdırıb və müvəqqəti konservasiya edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib. Quyunun dərinliyi 780 metr təşkil edib. Hazırda "Qərbi Abşeron" rayonunda layihə dərinliyi 780 metr olan yeni 172 saylı quyunun qazmasına başlanılıb. İşlər "Xəzər-4" qazma qurğusu ilə həyata keçirilir.

"Qərbi Abşeron" rayonunda platformanın olmaması karbohidrogen ehtiyatlarının hasilatını mümkünsüz edir. Burada bir neçə kəşfiyyat quyusu qazılıb və karbohidrogen olduğu sübut edilib. Qazılan quyulardan gündə 5-6 ton neft hasil ediləcəyi gözlənilir.

ARDNŞ-də qeyd olunub ki, qazma işlərini "Bayıl limanı" Dəniz qazma işləri İdarəsi "Abşeponneft" NQÇİ-nin sifarişi ilə həyata keçirir.

ARDNŞ "Qərbi Abşeron" rayonunda platforma qurmaq niyyətindədir. "Hazırda bu istiqamətdə müzakirələr aparılır. Ərazidə kəşfiyyat işləri həyata keçirilir, 54 saylı növbəti kəşfiyyat quyusunun qazmasına başlanılıb və quyunun layihə dərinliyi 750 metr təşkil edir. Bu quyuların qazması struktur və ehtiyat həcminin müəyyən edilməsi barədə təfsilatlı məlumat alınmasına imkan verəcək. Hazırda biz kiçik yataq aşkar etmişik, amma əlavə məlumatın alınması üçün kəşfiyyat işləri davam etdirilir"-deyə AR DNŞ nümayəndəsi bildirib.

Azsululuq səbəbindən ekspertlər "Qərbi Abşeron" strukturunun işlənib-hazırlanmasını məqsədəuyğun hesab edir. Burada platformanın 2007-ci ildən tez olmayaraq inşası ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti