...

Dövlət Neft Şirkəti Azərneftyag neft emalı zavodunda birbaşa qovulan benzinin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 12 Yanvar 2006 12:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) birbaşa qovulan neft (nafta) partiyasının satışı üzrə tenderi bağlı elan edib ARDNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Azərneftyag NEZ-nun istehsalı olan bu neft məhsulunun 15 min tonunun satıldığı Roc Oil treyderi olub.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, çox güman ki, 15 min ton nafta yanvarın sonlarına kimi Gürcüstanın Qara dəniz limanına nəql olunacaq. "Müqavilə üzrə məhsulun yola salınması yanvar-fevral ayları ərzində nəzərdə tutulub. Lakin biz bu işi bu ayın sonlarına kimi başa çatdırmağı nəzərdə tutmuşuq", -deyə ARDNŞ-dən bildiriblər.

ARDNŞ Azərneftyag NEZ-da bu neft məhsulunun həddən artıq çox olması ilə əlaqədar naftanın 15 min tonunun satışı üzrə tender elan edib.

Qeyd edək ki, ARDNŞ dünən tender vasitəsilə 500 min ton müxtəlif keyfiyyətli mazutu Sinqapurun Petrofarm şirkətinə 2006-cı il ərzində ixrac olunmaq şərti ilə satıb. Bu ilin yanvarından Azərneftyag NEZ-nun öz məhsullarının dünya bazarına sərpbəst ixrac etmək səlahiyyətləri "Heydər Əliyev adına" NEZ-nun məhsullarının və eləcə də Azərbaycan neftinin ixracı ilə məşğul olan ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə verilib.

Xəbər lenti

Xəbər lenti