...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 13 Yanvar 2006 13:06 (UTC +04:00)

Yanvarın 12-də bir barel AZERI LT CIF neftinin qiyməti $63,84 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,91 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Trend agentliyinin məlumatına əsasən, yanvarın 12-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $56,39 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,62 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Yanvarın 12-də bir barel Brent (DTD) neftinin qiyməti $62,97 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $2,20 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, Novorossiysk limanından Auqustaya neftin və tünd rəngli neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmi fraxtının dərəcəsi ws190 bənd təşkil edir. 80 min ton tutumlu gəmilər üçün analoji dərəcə ws180-ə qədər azalıb. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün ws440-a qədər artıb. Neft və açıq rəngli neft məhsullarının Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə nəqli üçün dərəcə ws445 təşkil edir.

Xəbər lenti

Xəbər lenti