...

Azərenerji fevralın 5-də Astara elektirk stansiyasının açılış mərasimini keçirməyi planlaşdırır

Energetika Materials 13 Yanvar 2006 16:08 (UTC +04:00)

Azərenerji SC fevralın 5-də Astara modul elektirk stansiyasının açılış mərasimini keçirməyi planlaşdırır. SC-nin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu barədə Azərenerjinin vitse-prezidenti Marlen Əsgərov bəyan edib.

Bundan başqa, yanvarın 15-dən başlayaraq artıq quraşdırılmış generatorlar istismara veriləcək. Astarada bütün işlər demək olar ki, başa çatıb. Azərbaycanda ümumi gücü 450-460 MVt olan 52 modul stansiyasının inşasını həyata keçirən Finlandiyanın Warstila şirkətinin menecerinin sözlərinə görə, hazırda avdanlıqlar sınaqdan keçirilir.

Birinci mərhələdə stansiya layihədə nəzərdə tutulmuş enerjinin təxminən 50%-ni (46% faydalı iş əmsalı ilə təxminən 45 MVt-yə qədər) istehsal edəcək. Astara elektrik stansiyası ayda 75 min m3 qaz sərf edəcək.

Xəbər lenti

Xəbər lenti