...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ildə "Qərbi Azəri"dən 3,5 milyon ton neft hasil etməyi planlaşdırır

Energetika Materials 14 Yanvar 2006 12:06 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG) müqavilə sahəsində daxil olan "Azəri" yatağının qərb hissəsində Azeri Light markalı neftin orta sutkalıq hasilatı 2006 - cı ildə 70 min barel təşkil edəcək. Trend in məlumatına görə, bu barədə AÇG laüyihəsində 3,9205% payla iştirak edən Itochu Corporation şirkətinin yaydığı press-relizdə bildirilir.

Beləliklə, VR-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyapt Şirkəti (ABƏŞ) 2006-cı ildə orta sutkalıq hasilat 9,46 min tona yaxın olmaqla 3,453 mln ton Azeri Light markalı neft hasil etməyi planlaşdırır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvarın 5-də "Azəri-Çıraq-Günəşli" yatağının tərkibinə daxil olan Qərbi Azəri platformasından neft hasilatına başlanılmasını 2006-cı il yanvarın 5-də elan edib. Bakıdan 100 km şərqdə, suyun təxminən 118 metr dərinliyində yerləşən "Qərbi Azəri"dən (QA) hasilat burada əvvəlcədən qazılmış üç öncəqazma quyusunun birincisindən dekabrın 30-da başlanılılıb. Hasil edilən neft sualtı boru kəməri ilə yanvarın 4-də Səngəçal terminalına çatıb. 2006-cı il ərzində hasilat qalan digər öncədən qazılmış quyular istismara verildikcə artacaq. Bu il daha sonra isə, platformadan qazma işlərinə də başlanılacaq. Ən yüksək hasilat zamanı QA platforması Mərkəzi Azərinin (MA gündə 340 000 barel ən yüksək hasilatına gündəlik 300 000 barel neft hasilatı əlavə edəcək.

" QA-nın hasilata başlaması ötən il bizim MA-dən ilk neft əldə etməyimiz qədər mühüm nailiyyətdir. Bu, 2008-ci ilədək hər il bir platforma istismara vermək öhdəliyimizin ardıcıl yerinə yetirilməsi səylərinin zirvəsidir" -deyə BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord bildirib. "BTC ixrac boru kəməri bu ilin yazında tam istismara verildikdən sonra kəmərə vurulacaq AÇG neft həcminin sürətlə artmasında QA-nın böyük rolu olacaq"-deyə o əlavə edib.

QA obyektləri 48 quyu gövdəsinə malik bir hasilat, qazma və yaşayış platformasından, eləcə də qurudakı Səngəçal terminalına birləşdirilmiş bir ədəd 30 düymlük sualtı boru kəmərindən ibarətdir.

Neft QA-dan yeni 30 düymlük sualtı boru kəməri ilə neft xammalı üçün yeni ehtiyat ambarların inşası da daxil olmaqla AÇG yatağından neftin əlavə həcminin qəbulu üçün genişləndirilmiş Səngəçal sahil terminalına nəql olunacaq.

QA-da hasil edilən səmt qazı yataqarası sualtı qaz kəmərləri ilə MA-da quraşdırılmış Kompressor və Suvurma platformasına (KvəSP) nəql ediləcək ki, lay təzyiqinin saxlanılması üçün yenidən laya vurulsun və ya yanacaq kimi istifadə edilsin. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq, oradan isə yeni qaz ixrac kəməri ilə ölkə daxilində istifadə olunmaq üçün Azəriqaz sisteminə vurulacaq.

Xəbər lenti

Xəbər lenti